Menu

Daxil olun Qeydiyyat

İnteroseptik mübadilə reflekslərinin xarakteri və fizioloji xüsusiyyətləri

Reseptorlar yüksək həssaslığa malik xüsusi törəmələr olmaqla mürəkkəb quruluşa və fizioloji xüsusiyyətlərə malikdir. Bədən yerləşmələrinə görə iki qrupa ayrılırlar ki, xarici mühitdəki baş verən oyanmaları qəbul edən reseptorlar eksteroreseptorlar, daxildə baş verən oyanmaları qəbul edənlər isə interoreseptorlar adlanır. İnteroseptorlar mədə-bağırsaq sistemində, ürək və qan damarlarında, tənəffüs yollarında, böyrəklərdə və digər daxili orqanların divarlarında yerləşirlər. Onlar mexaniki, kimyəvi və digər qabıqların təsirindən oyanmaqla ağrı, təzyiq, aclıq, susuzluq və sairə bu kimi duyğuları qəbul etməklə mərkəzi sinir sisteminə ötürürlər. Bununla da daxili üzvlərin fəaliyyətində baş verən dəyişikliklər baş beyin qabığına çatdırılmaqla, orqanizmin daxilindəki dəyişikliklərin nizamlanması həyata keçirilir. İnteroreseptorların vətərlərdə, oynaqlarda, bağlarda və sümük uclarında yerləşən xüsusi növləri də vardır ki, bunlar proprioreseptorlar adlanır. İnteroreseptorların insan və heyvan orqanizmində rolunu öyrənməyə bir çox tədqiqat işləri həsr olunmuşdur.

İnteroseptik mübadilə reflekslərinin xarakteri və fizioloji xüsusiyyətləri Word faylı
Səhifələr: 46 səhifə
Ölçüsü: 2.03 MB
Cəmi yüklənib (PDF, Word): 69
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 08.12.2019
Əlavə edilib: 27.06.2018
İnteroseptik mübadilə reflekslərinin xarakteri və fizioloji xüsusiyyətləri PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 81 KB
Cəmi yüklənib (PDF, Word): 69
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 08.12.2019
Əlavə edilib: 27.06.2018

Referatı göndərən

Nazənin Əsgərli (Heydərli)
Nazənin Əsgərli (Heydərli)
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi

2009-2013-cü illərdə GəncəDövlət Universitetinin Biologiya-Kimya fakültəsini, 2013-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura fakültəsini bitirmişəm. 2013-2018-ci illərdə Oğuz rayonunun Qarabulaq kəndirndə Biologiya müəllimi kimi fəaliyyət göstərmişəm.