Menu

Daxil olun Qeydiyyat

Yerli özünüidarəetmənin prinsipləri və vəzifələri

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni bələdiyyələr həyata keçirir.Bələdiyyə mənşəcə ərəb sözü olub, "şəhər idarəsi" deməkdir.Bələdiyyələrin yaranma tarixi isə təqribən 300 ilə yaxın bir dövrü əhatə edir. Özünüidarəetmə elementləri olan yerli idarələr bu və ya digər formada bəşər cəmiyyəti inkişafının müxtəlif mərhələlərində mövcud olmuşdur. Bununla bərabər onun müstəqil hüquqi instituta və hakimiyyət orqanları sisteminə çevrilməsi iri Avropa şəhərlərində yerli özünüidarə orqanlarının formalaşdığı orta əsrlər dövründə baş verib.Bələdiyyələr vətəndaşlara yaşadıqları ərazidə olan problemləri müstəqil və sərbəst şəkildə həll etmək imkanı verir. Onlar yerli əhalinin müxtəlif proqramların qəbul edilməsində və həyata keçirilməsində iştiraklarını təmin edir.Bələdiyyələr yerli xarakterli problemlərin həllində öz iştiraklarını genişləndirməklə yanaşı, fəaliyyətlərini qanunvericiliyin təkmilləşdirilməsində və yeni maliyyə mənbələrindən istifadə qaydalarının müəyyənləşdirilməsində də əks etdirməlidir.Ümumiyyətlə, yerli özünüidarəetmə ərazidə iqtisadiyyatın dinamik inkişafını təmin etməyə və bu əsasda əhalinin sosial problemləri-nin həllini sürətləndirməyə şərait yaradır.

Yerli özünüidarəetmənin prinsipləri və vəzifələri Word faylı
Səhifələr: 29 səhifə
Ölçüsü: 91 KB
Cəmi yüklənib (PDF, Word): 70
Son yüklənmə tarixi: 28.05.2020
Əlavə edilib: 11.05.2018
Yerli özünüidarəetmənin prinsipləri və vəzifələri PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 227 KB
Cəmi yüklənib (PDF, Word): 70
Son yüklənmə tarixi: 28.05.2020
Əlavə edilib: 11.05.2018