Menu

Daxil olun Qeydiyyat

Kibermühitdə törədilən cinayətlərlə mübarizə və bu cinayətlərin araşdırılması

AR DİN POLİS AKADEMİYASI REFERAT Mövzu:Kibermühitdə törədilən cinayətlərlə mübarizə və bu cinayətlərin araşdırılması Elmi rəhbər:”Kriminalistika” kafedrasının baş müəllimi Rasim İsaqov Tərtib etdi:Rzayev Məhəmməd Kurs V Taqım I BAKI 2019 GİRİŞ Cəmiyyətin idarə olunması, əsasən, zaman və məkan sərhədləri daxilində fəaliyyət göstərməsi üçün yaradılmış mexanizmlər vasitəsilə həyata keçirilmişdir. Kiberməkanda tənzimləmə isə məkan və zaman məhdudiyyətlərinin aradan qalxması ilə əlaqədar olaraq ənənəvi yanaşma və mexanizmlər vasitəsilə həyata keçirildikdə lazımi effekti vermir [1]. Bu hal analoji olaraq kiberməkanda törədilmiş cinayətlərlə mübarizə üsul və mexanizmlərinin effektivliyi və səmərəliliyinə də aid edilə bilər. Müasir cəmiyyətin və dövlətin davamlı inkişafını şərtləndirən İKT-nin geniş tətbiqinin limitsiz və azad informasiya axınını təmin etməsi bu imkanlardan cinayətkar məqsədlər üçün istifadə olunmasını istisna etmir. Rəqəmsal texnologiyaların yaratdığı mühit cinayətlərin törədilməsi və miqyasının genişlənməsi üçün münbit məkan rolunu oynayır. Kiberməkan və fiziki məkan arasındakı kəmiyyət və keyfiyyət göstəricilərindəki fərqlər bu iki müxtəlif məkanda törədilmiş cinayətlərdə də öz əksini tapır. Kibercinayətkarlıqla mübarizənin effektivliyi və səmərəliliyinin təmin olunması bu fərqlərdən irəli gələn çətinlik və problemlərin ətraflı araşdırılması, onların həlli zamanı nəzərə alınması, həmçinin İKT-nin kibercinayətkarlıqla mübarizədə yaratdığı imkanların müəyyən olunması və tətbiqindən asılıdır. Belə ki, kiberməkan cinayətlərin törədilməsi üçün şərait yaratmaqla yanaşı, həm də onların araşdırılması və ya qarşısının alınması üçün yeni imkanları və çətinlikləri özündə birləşdirir.

Kibermühitdə törədilən cinayətlərlə mübarizə və bu cinayətlərin araşdırılması Word faylı
Səhifələr: 14 səhifə
Ölçüsü: 24 KB
Cəmi yüklənib (PDF, Word): 22
Son yüklənmə tarixi: 23.06.2020
Əlavə edilib: 22.11.2019
Kibermühitdə törədilən cinayətlərlə mübarizə və bu cinayətlərin araşdırılması PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 182 KB
Cəmi yüklənib (PDF, Word): 22
Son yüklənmə tarixi: 23.06.2020
Əlavə edilib: 22.11.2019
  • Göndərən: Məhəmməd
  • Əlavə edilib: 22.11.2019
  • Son yüklənmə tarixi: 23.06.2020
  • Cəmi yüklənib (PDF, Word): 22
  • Word: 14 səhifə
  • Word Ölçüsü: 24 KB
  • PDF: 3 səhifə
  • PDF Ölçüsü: 182 KB
  • Referatın tipi: Referatlar
  • Kateqoriya: Hüquq

Referatı göndərən