Menu

Daxil olun Qeydiyyat

Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları

AR DİN POLİS AKADEMİYASI REFERAT Mövzu:Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları Elmi rəhbər:”Cinayət hüququ” kafedrasının rəisi İmrəli Məmmədli Tərtib etdi:Rzayev Məhəmməd Kurs V Taqım I BAKI 2019 PLAN 1.Giriş 2.Məhbuslarla ümumtətbiq qaydaları 3.Xüsusi kateqoriyalara tətbiq edilən qaydalar 4.Nəticə Giriş Müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan Respublikası insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək, bu sahədə bir sıra hüquqi islahatlar həyata keçirməyə başladı. Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının primatlığı prinsipini qəbul edərək, öz milli qanunvericiliyini beynəlxalq müqavilələrin normalarına uyğun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 1995-ci il 12 noyabr tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 1998-ci il 22 fevral tarixli Fərmanı insan və vətəndaş hüquqlarının təmini istiqamətində mühüm tədbirlər planı müəyyən etmişdir. Həyata keçirilən tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı Sərəncamı ilə «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» təstiq edilmişdir. Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların bir istiqaməti də məhkumların hüquqlarının qorunması məqsədi ilə penitensiar sahədə həyata keçirilən tədbirlərdir. Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş yeni Cəzaların İcrası Məcəlləsi ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsidir. Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasına, dövlətimizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə müvafıq hazırlanmış bu yeni qanunverici akt öz humanistliyinə, demokratikliyinə və insan hüquq və azadlıqlarının etibarlı təminatına imkan yaradan icra mexanizminə görə sabiq məcəllədən kəskin şəkildə fərqlənir. Yeni məcəllədə diqqəti xüsusilə cəlb edən məsələlərdən biri də məhkumların hüquqi vəziyyətinin kifayət qədər geniş və ətraflı müəyyən 5 edilməsidir. Belə ki, sabiq İslah Əmək Məcəlləsində məhkumların hüquqi vəziyyətinə aydınlıq gətirən məsələyə cəmi bir maddə həsr olunmuşdursa, yeni məcəllədə məhkumların hüquqi vəziyyətinə müstəqil bölmə həsr olunmuş, məhkumların malik olduğu hüquq və azadlıqlar daha əhatəli şəkildə öz təsbitini tapmışdır. Məlumdur ki, məhkumların hüquqi vəziyyəti onların hüquq və azadlıqlarının, qanuni mənafelərinin və vəzifələrinin məcmusundan ibarətdir. Məhkumların əsas hüquqlarının bilavasitə qanunverici tərəfindən müəyyən edilməsi heç də təsadüfi deyildir. Qanunverici bununla məhkumları cəzaların icrası prosesində iştirak edən əsas subyektlər sırasına daxil etmiş və islah olunma prosesində onların iştirakının vacibliyini bir daha göstərmişdir.

Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları Word faylı
Səhifələr: 20 səhifə
Ölçüsü: 30 KB
Cəmi yüklənib (PDF, Word): 24
Son yüklənmə tarixi: 29.06.2020
Əlavə edilib: 22.11.2019
Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 194 KB
Cəmi yüklənib (PDF, Word): 24
Son yüklənmə tarixi: 29.06.2020
Əlavə edilib: 22.11.2019
  • Göndərən: Məhəmməd
  • Əlavə edilib: 22.11.2019
  • Son yüklənmə tarixi: 29.06.2020
  • Cəmi yüklənib (PDF, Word): 24
  • Word: 20 səhifə
  • Word Ölçüsü: 30 KB
  • PDF: 3 səhifə
  • PDF Ölçüsü: 194 KB
  • Referatın tipi: Referatlar
  • Kateqoriya: Hüquq

Referatı göndərən