: İbtidai istintaq və təhqiqat. Cinayət işləri üzrə təhqiqatın aparılması və onun növləri
Cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq, təhqiqat cinayət işlərinin istintaqının ilk mərhələsidir. Təhqiqat ibtidai istintaqın qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi naminə onu cinayətin təzə izləri üzrə toplanmış, araşdınimış və qeyd olunmuş ilk materiallarla təmin edir. Eyni zamanda, təhqiqat orqanlan üzərinə, törədilmiş və ya hazırlanan cinayətlərin əlamətlərini və həmin cinayətləri törətmiş şəxsləri tapmaq naminə tələb olunan əməliyyat-axtarış tədbirləri görməklə yanaşı, cinayətlərin qarşısını almaq və kökünü kəsmək məqsədi ilə zəruri olan tədbirləri görmək vəzifələri də düşür. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, təhqiqat cinayətin izlərini müəyyən etmək, törədilmiş və ya hazırlanan cinayətlərin açılması və cinayətkarın aşkar edilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparmaq məqsədi ilə cinayət-prosessual qanunla müəyyən edilmiş orqanlar və ya vəzifəli şəxslər tərəfindən həyata keçirilən fəaliyyətdir. Cinayət-Prosessual Məcəllənin 214-cü maddəsinin mahiyyətindən aydın olur ki, təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə apanlır: a)ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı; b) böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat. Burdan belə bir nəticəyə gəlmək olar ki, ibtidai istintaq geniş mənada iki formada - ibtidai istintaq və təhqiqat formasında aparılır. İbtidai istintaqın apanlmasını nizamlayan cinayət-prosessual qanunvericiliyin normaları, kiçik istisnalarla,demək olar ki, eynilə təhqiqatın gedişatını da nizamlayır.

Səhifələr: 17 səhifə
Ölçüsü: 24 KB
Cəmi yüklənib (PDF, Word): 136
Bu ay yüklənmə sayı: 5
Son yüklənmə tarixi: 14.04.2021
Əlavə edilib: 02.12.2019

Səhifələr: 3 səhifə
Ölçüsü: 196 KB
Cəmi yüklənib (PDF, Word): 136
Bu ay yüklənmə sayı: 5
Son yüklənmə tarixi: 14.04.2021
Əlavə edilib: 02.12.2019