Menu

Daxil olun Qeydiyyat

İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ZƏRURUİLİYİ

Makroiqtisadiyyatda mövcud olan zəruri anlayışlardan biri də iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsidir.Makroiqtisadiyyatın əsasları barədə söhbət edərkən biz demişdik ki,iqtisadi fikir tarixində iqtisadiyyatın strukturu,onun idarəolunması və mahiyyəti barədə fikirlər olduqca müxtəlif və çox şaxəlidir Tarixə kiçik bir nəzər yetirsək görərik ki,hər hansı bir mövcud dövlətin iqtisadi sisteminin axarlı fəaliyyətinin təmin edilməsində dövlət çox mühüm bir rola malikdir.Ona görə də dövlət və iqtisadiyyat arasında qarşılıqlı əlaqənin yaradılması,dövlətin iqtisadiyyata müdaxiləsi məsələsi iqtisadiyyatda mövcud olan vacib problemlərdən biridir.Bugünkü gündə Dünyada baş verən mühüm iqtisadi dəyşikliklərdən biri də məhz inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçidin mövcud olmasıdır.Elə bu cür şəraitdə dövlətin iqtisadi funskiyalarının və iqtisadiyyatın dövlət tənzimlənməsinin baçlıca istiqamətlərinin araşdırılması həmin dövlətin öz iqtisadiyyatının başlıca tədqiqat obyektlərindən biridir.Çünki istər iqtisadi,istərsə də siyasi prizmadan yanaşdıqda dövlətin tək hakim mövqedə durduğu inzibati-amirlik sitemində sosial-iqtisadi problemlərin həllinin tənzimlənməsindəki dövlətin rolu ilə bazar iqtisadiyyatı şəraitində dövlətin icra etdiyi iqtisadi funksiyaları bir-birindən fərqləndirmək zəruridir.Təbii ki,dövlət həmişə cəmiyyətin yaşayış səviyyəsinin yüksəlməsinə,işsizliyin aradan qaldırılmasına,əhalinin rifah halının yaxşılaşdırılmasına cəhd göstərir. Onu da qeyd etmək yerinə düşərdi ki,sosial-iqtisadi proseslərin bazar şəraitində formalaşdığı bir iqtisadi sistem bu işlərdən dövlətin təcrid olunmasını qətiyyən nəzərdə tutmur.Praktika sübut edir ki,bugünkü gündə ayrı-ayrı ölkələrdə tarixi şəraitdən,milli reallıqlardan,mentalitetdən və s. bu kimi amillərdən asılı olaraq dövlət tənzimlənməsinin forma və metodları bir-birindən fərqlənsə də,onların ümumi prinsipləri,daxili quruluşları əsasən eyni olmuşdur.

İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ZƏRURUİLİYİ Word faylı
Səhifələr: 2 səhifə
Ölçüsü: 18 KB
Cəmi yüklənib (PDF, Word): 34
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 17.08.2019
Əlavə edilib: 08.06.2018
İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ZƏRURUİLİYİ PDF faylı
Səhifələr: 1 səhifə
Ölçüsü: 120 KB
Cəmi yüklənib (PDF, Word): 34
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 17.08.2019
Əlavə edilib: 08.06.2018