Menu

Daxil olun Qeydiyyat

Alman tarixi məktəbində iqtisadi və sosioloji amillərin vəhdəti problemləri

Qərbi Avropanın başqa ölkələrindən fərqli olaraq, Almaniyanın özünün klassik siyasi iqtisadı olmamışdır, bu da hər şeydən əvvəl, onunla izah olunur ki, burjua siyasi iqtisadının meydana gəlməsi üçün kapitalist istehsalının müəyyən yetkinliyinin olmamasıdır. Bununla belə, Almaniya bütün Qərbi Avropa ölkələrindən sonra kapitalist inkişafı yoluna qədəm qoymuşdur. Hətta XIX əsrin birinci yarısında Almaniya hələ də siyasi cəhətdən parçalanmış, iqtisadi cəhətdən geridə qalmış aqrar ölkə olaraq qalırdı. Ölkənin iqtisadi həyatı daxili gömrük maneələrinin bolluğu şəraitində keçir, vahid ticarət qanunvericiliyinin, vahid pul sisteminin, həmçinin vahid ölçü və çəki sisteminin olmaması ilə xarakterizə olunurdu. Almaniyanın iqtisadi birləşməsinin başlanğıcını qoymuş gömrük ittifaqı yalnız 1843-cü ildə yaranmışdır. Almaniyada sənaye çevrilişi, əgər XIX əsrin 40-cı illərində,baş vermişdirsə, lakin İngiltərə artıq güclü sənaye dövləti, kimi o dövr üçün "dünyanın emalatxanası" adlandırılırdı.

Alman tarixi məktəbində iqtisadi və sosioloji amillərin vəhdəti problemləri Word faylı
Səhifələr: 4 səhifə
Ölçüsü: 23 KB
Cəmi yüklənib (PDF, Word): 28
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 17.08.2019
Əlavə edilib: 08.06.2018
Alman tarixi məktəbində iqtisadi və sosioloji amillərin vəhdəti problemləri PDF faylı
Səhifələr: 1 səhifə
Ölçüsü: 163 KB
Cəmi yüklənib (PDF, Word): 28
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 17.08.2019
Əlavə edilib: 08.06.2018