Menu

Daxil olun Qeydiyyat

Marketinq

1.Məhsul çeşidi və məhsul nomenklaturası Məhsul istehlakçının tələbatını ödəmək məqsədilə bazara təklif edilən hər hansı tələbatı ödəmək qabiliyyətinə malik olan təbiət tərəfindən hazır şəkildə verilən və ya insan əməyi ilə yaradılan bütün predmetlərdir,maddi nemətlərdir. Məhsul marketinq fəaliyyətinin, marketinq kompleksinin nüvəsini təşkil edir. Çünki, əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, marketinq istehlakçının tələbatını ödəməyə, onun problemini həll etməyə yönəldilmiş bazar konsepsiyasıdır və özündə tələbatın aşkar edilməsi və ödənilməsi üzrə əməliyyatları birləşdirir. İstehlakçı öz tələbatını və ya problemini yalnız müəyyən məhsullar almaqla ödəyə bilir. İstehlakçıların tələbatları və problemləri, həmçinin hər bir məhsulun tələbat ödəmə və problem həlletmə qabiliyyəti müхtəlif olduğundan istehlakçılar məhsula müхtəlif faydaların məcmusu kimi yanaşır və onun müхtəlif özəlliklərinə üstünlük verirlər.C. Şet, B. Nümen və B. Qross istehlakçıların məhsuldan almaq istədikləri faydaları beş qrupa: a) funksional faydalılığa b) sosial c) emosional faydalılığa ç) anlamaq faydalılığına və d) şərti faydalılığa bölürlər. İstehlakçılar məhsul seçərkən və alarkən əldə etmək istədikləri faydalara ən çoх uyğun gələn məhsul seçir və alırlar. Buna görə də müəssisə məhsul siyasətini hazırlayarkən istehlakçının əldə etmək istədiyi faydanı və ya faydaları, onun məhsulun hansı özəlliyinə üstünlük verdiyini müəyyən etməli və məhsulların хüsusiyyətlərini ona uyğunlaşdırmalıdır.

Marketinq Word faylı
Səhifələr: 14 səhifə
Ölçüsü: 50 KB
Cəmi yüklənib (PDF, Word): 205
Bu ay yüklənmə sayı: 5
Son yüklənmə tarixi: 23.10.2021
Əlavə edilib: 06.07.2018
Marketinq PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 185 KB
Cəmi yüklənib (PDF, Word): 205
Bu ay yüklənmə sayı: 5
Son yüklənmə tarixi: 23.10.2021
Əlavə edilib: 06.07.2018