Menu

Daxil olun Qeydiyyat

Statistika

1. Statistika elm kateqoriyaları.
Qədim inkişaf tarixinə malik olan statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmləri əsasında ciddi dəyişikliklərə uğramişdır. Statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmlərinin kateqoriya, qanun və müddəalarına istinad edərək özünə məxsus olan anlayış və kateqoriyaları inkişaf etdirmişdir.
Belə ki, fəlsə və itisadi nəzəriyyə elmləri öz qanun prinsip və kateqoryalarını əsaslandırmaq üçün statistika məlumatlarından, statistika metodlarından geniş surətdə istifadə edirlər. Qeyd etmək lazımdır ki, xüsusilə statistika ilə iqtisadi nəzriyyə və digər iqtisad elmləri arasında çox sıx əlaqə vardır. Onlar bir -birlərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər.
Qeyd etmək lazımdır ki, hər bir elmin, o cümlədən statistika elmin nəzəri əsasını həmin elmə məxsus olan əsas prinsiplərin məcmuyunda olan anlayış və kateqoriyalar təşkil edir. Statistika elmin mühüm anlayış və kateqoriyalara əlamət, statistika məcmuyu, məcmu vahidi, əlamətin variasiya qanunauyğunluq və s daxildir.
Statistika elminin mühüm anlayış və kateqoriyalarında biri müşahidə edilən və ya ölçülən vahidlərin xarakterik xüsusiyyətini, xassəsini müəyyənləşdirən əlamətdir. Məsələn, kəndli təsrrüfatlarının əlaməti, sayı, onlardan ailə üzvlərinin sayı, onların ümumi torpaq sahəsi, onlardan əkin yeri, kəndli təsərüfatkarının ümmumi məhsulu və s ola bilər. əhali üzrə əhalinin cins, yaş, müllkiyyət tərkibi, təhsil səviyyəsi, doğum, ölüm, təbii artım, kəbin və. əlamət adlanır.
Əlamətlər atributiv və kəmiyyət əlamətlərinə bölünür. Mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir -birindən fərqlənən əlamətlər atributiv əlamət adlanır. Keyfiyyət əlamətinə misal, əhalnin ictimai qruplara, milli tərkibinə görə bölünməsini, əməyinə xarakterinə görə fərqlənən bölgüsünü və s göstərmək olar. Keyfiyyət əlamətləri atributiv Əlamətlər də adlanır. Qarşı -qarşıya duran keyfiyyət əlamətlərinin birinin qəbul edilməsi alternativ əlamət adlanır. Alternativ əlamətə əhalinin savadlı -savadsız evli -evsiz olması, olması və s misal ola bilər. Alternativ əlamətlər bilavasitə kəmiyyətlə ifadə oluna bilirlər. Ayrı -ayrı qiymətlərikəmiyyətcə bir -birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir. Buradan aydın olur ki, kəmiyyət əlamətləri rəqəmlə ifadə olunur.

Statistika Word faylı
Səhifələr: 17 səhifə
Ölçüsü: 53 KB
Cəmi yüklənib (PDF, Word): 31
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 04.10.2019
Əlavə edilib: 16.05.2018
Statistika PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 199 KB
Cəmi yüklənib (PDF, Word): 31
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 04.10.2019
Əlavə edilib: 16.05.2018