Menu

Daxil olun Qeydiyyat

Sosial mənşəli Fövqaladə Halların xarakteristikası

Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı. Sosial-siyasi xarakterli fövqəladə hadisələr aşağıdakı əlamətlərinə görə təsnif olunur: a) Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində: • Peşə əlaməti; • Dini əlamət; • Mülkiyyət əlaməti; • Ərazi əlaməti; • Qohumluq əlaməti; • Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur. b) Siyasi xarakterli fövqəladə hadisələr isə: • Millətlərarası münaqişələr; • Narkotik maddə ticarəti; • Mütəşəkkil cinayətkarlıq; • «Kölgə» iqtisadiyyatı; • Dövlət böhranı; • İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur. v) əmələgəlmə səbəblərinə görə • təsadüfi konkret şəxslərin və ya sosial qüvvələrin davranışından asılı olmayan təsadüfi şəraitlərlə əlaqədar (ən çox təbii fəlakətlərlə, epidemiyalarla və s. ilə əlaqədardır) • düşünülmüş konkret şəxslərin və ya sosial qüvvələrin davranışı ilə əlaqədar təhriklə baş verən (millətlərarası və siyasi münaqişələr və s.) q) davametmə müddətinə görə • qısa müddətli (terror aktları, sui-qəsd, bandit basqınları və s.) • uzun müddət davam edən (inflyasiya, işsizlik, millətlərarası münaqişə, müharibə və s.) e) insan fəaliyyəti ilə əlaqədar • iqtisadi böhranlar, • mütəşəkkil cinayətkarlıq, • böyük miqyaslı korrupsiya, • sosial parlayışlar, • ekstremist siyasi mübarizə, • terrorizm, • kəşfiyyatların qarşıdurması, • hərbi toqquşmalar. Sosial xarakterli FH həmçinin aşağıdakılar aiddir: • lokal və regional münaqişələr (millətlərarası, dinlərarası və s.); • aclıq; • böyük tətillər; • kütləvi iğtişaşlar, talanlar, yanğınlar və s.; • işsizlik; • Demoqrafik problemlər; • Cəmiyyətin kriminilizasiyası; • Urbanizasiya; • Reket və s. Sosial xarakterli FH digər mənşəli FH-dən fərqli olaraq proqnozlaşdırmaq çətindir, çünki bu hadisələr cəmiyyətin hərəkətləri ilə bağlıdır və bu proqnozlar çox zaman subyektiv olur. Sosial xarakterli FH baş vermə səbəbləri risk faktorları ilə əlaqədardır. Onların əsasında müxtəlif səbəblərdən ictimai əlaqələr (iqtisadi, siyasi, millətlər arası, dinlər arası) arasındakı tarazlığın pozulması durur. Bu isə ciddi qarşıdurmalara, münaqişələrə və müharibələrə gətirib çıxarır. Onların katalizatorları isə sosial gərginliyə səbəb olan işsizlik, korrupsiya, kriminal, kütləvi iğtişaşlar, terrorizm aktları, hökumət böhranları, inflyasiya, ərzaqla bağlı problemlər, sosial-məişət şəraitinin pis olması, millətçilik, yerliçilik və s.dir. Hadisələrin əlverişsiş inkişafı zamanı ayrı-ayrı narazılıqlar dalğası birləşərək dağıdıcı gücə malik olur, getdikcə yeni-yeni ərazilərə yayılır, dağıntılar uçqun xarakteri alır. Sosial xarakterli təhlükələr və FH öz dağıdıcı gücünə görə bəzən təbii, texnogen, ekoloji FH və kataklizmlərdən daha üstün olur. Bəzən bir növ FH öz növbəsində digər növlərin meydana çıxmasına səbəb olur. Demoqrafik problemlər Sosial-siyasi xarakterli FH əsas səbəblərindən biri dünyadakı demoqrafik problemlərdir. Demoqrafiya (yunanca demos —xalq, grapho—yazıram) — əhalinin reproduksiya qanunauyğynluqlarını, onun sosial-iqtisadi xarakterlərdən, təbii şəraitdən, miqrasiyadan asılılığı haqqında elmdir; əhalinin sayını, tərkibini, yerləşməsini öyrənir, həmin göstəricilərdə baş verən dəyişiklikləri, həmin dəyişikliklərin səbəblərini və nəticələrini öyrənir. Demoqrafik krizis əhali reproduksiyasının pozulmasıdır. Bu həm əhalinin sayının azalması, həm də sayının artmasıdır. Birinci halda bir ölkədə və ya ərazidə doğumun normal reproduksiyadan aşağı olması, hətta ölüm sayından da az olmasıdır. Əhali sayının artıqlığı və ya başqa sözlə demoqrafik partlayış dedikdə müəyyən ərazidə əhalinin sayı ilə həmin ərazidəki əhalinin həyati vacib ehtiyatlarla təminatı arasındakı uyğunsuzluq başa duşulur. İnsanların həyat fəaliyyətində urbanizasiya da mühüm rol oynayır. Urbanizasiya şəhərlərin inkişafının və böyüməsinin artması, müəyyən regionda, ölkədə, dünyada şəhər əhalisinin sayının artması, kənd ərazilərinin sosial və xarici görkəminin şəhərlərə xas cəhətlərə malik olmasıdır. Urbanizasiyanın əsas göstəricisi şəhər əhalisi sayının artmasıdır. Urbanizasiya şəhərlərin sayının artması və onların sıxlığının artması ilə müşayət olunur. Urbanizasiya cəmiyyətdə mürəkkəb sosial-iqtisadi, texniki problemlər yaradır və əhalinin təhlükəsizliyini sarsıdır. Problemlər ərzaqla, kommunal-məişət sferası ilə, nəqliyyatın inkişafı ilə, kommunikasiya, səhiyyə və s. ilə bağlı ortaya çıxır. Əhali artımı (inkişaf etmiş ölkələrdə) maliyyə vəsaiti «demoqrafik investisiyaların” artımı deməkdir. Bunula əlaqədar iqtisadi inkişaf tempi azalır. Belə şəraitdə Yer kürəsi artıq əhalinin lazımi qədər ərzaq məhsulları və lazımi vasitələrlə təmin edə bilmir. Müəyyən müddətdən sonra aclıq, kütləvi xəstəliklər, yaşayış mühitinin deqradasiyası və bununla da əlaqədar əhali sayının kəskin azalması və insan cəmiyyətinin dağılması baş verir. Bu problemlərin həlli ilə demoqrafik siyasət məşğul olur, bu dövlət orqanlarının və əhalinin say və quruluşunun dəyişikliklərini nizamlayan sosial institutların məqsədəyönlü fəaliyyətidir. İnsanın fəal texnogen fəaliyyəti nəticəsində planetin bir çox regionunda biosfera dağılmış və yeni yaşam mühiti-texnosfera yaranmışdır. Artıq planetdə ekosistemi pozulmamış az ərazi qalmışdır. Ərzaq çatmamazlığı Sosial-siyasi xarakterli FH əsas səbəblərindən biri də dünyadakı ərzaq çatmamazlığı, başqa sözlə aclıqdır.

Sosial mənşəli Fövqaladə Halların xarakteristikası Word faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 19 KB
Cəmi yüklənib (PDF, Word): 125
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 02.12.2021
Əlavə edilib: 09.08.2018
Sosial mənşəli Fövqaladə Halların xarakteristikası PDF faylı
Səhifələr: 1 səhifə
Ölçüsü: 178 KB
Cəmi yüklənib (PDF, Word): 125
Bu ay yüklənmə sayı: 1
Son yüklənmə tarixi: 02.12.2021
Əlavə edilib: 09.08.2018
  • Göndərən: aytac
  • Əlavə edilib: 09.08.2018
  • Son yüklənmə tarixi: 02.12.2021
  • Cəmi yüklənib (PDF, Word): 125
  • Word: 3 səhifə
  • Word Ölçüsü: 19 KB
  • PDF: 1 səhifə
  • PDF Ölçüsü: 178 KB
  • Referatın tipi: Referatlar
  • Kateqoriya: Tibb