Menu

Daxil olun Qeydiyyat

Mühasibat uçotu və audit

Mühasibat uçotu ayrı-ayrı müəssisələrin, idarələrin, təşkilatların və digər struktura, idarəetmə mexanizminə, müxtəlif mülkiyyət formalarına aid subyektlərin təsərrüfat fəaliyyəti haqqında cari və yekun məlumatlar əldə etmək məqsədilə fasiləsiz müşahidə və nəzarət sistemidir. O, tam və arasıkəsilməz qaydada təşkil olunmalıdır. Belə ki, burada baş vermiş təsərrüfat əməliyyatları tam və ardıcıl şəkildə əks olunmalıdır. Müvafiq əməliyyatların ilk müşahidəsi və qeydə alınması yalnız sənədlər vasitəsilə rəsmiyyətə salınmaya əsasən həyata keçirilir. Mühasibat uçotunda mövcud olan hər üç ölçü vahidindən istifadə olunur, lakin bu zaman istifadəsinə görə pul ölçüsü (ümumiləşdirici göstərici kimi) daha böyük xüsusi çəkiyə malikdir. Belə ki, məhz pul ölçüsü vasitəsilə təsərrüfat subyektlərinin fəaliyyətinin xeyli sayda göstəricilərinə aydınlıq gətirilir ki, bunlardan da mühüm olanları aşağıdakılardır: a) istehsal məsrəfləri; b) məhsulun maya dəyəri; c) mənfəət və zərərlər; d) qeyri-məhsuldar xərclər və s.

Mühasibat uçotu və audit Word faylı
Səhifələr: 12 səhifə
Ölçüsü: 38 KB
Cəmi yüklənib (PDF, Word): 792
Son yüklənmə tarixi: 29.04.2024
Əlavə edilib: 06.07.2018
Mühasibat uçotu və audit PDF faylı
Səhifələr: 3 səhifə
Ölçüsü: 335 KB
Cəmi yüklənib (PDF, Word): 792
Son yüklənmə tarixi: 29.04.2024
Əlavə edilib: 06.07.2018